Azərbaycan yığmalarının kapitanları müəyyənləşib

Azərbaycan yığmalarının kapitanları müəyyənləşib
# 11 avqust 2016 11:18 (UTC +04:00)

Bakı – APA. Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan yığmalarının kapitanları müəyyənləşib. Apasport.az xəbər verir ki, kişilərdən ibarət əsas millidə kapitan Aleksey Dreyev olacaq. Rusiya yığmasının heyətində (1992,1994 və 1996-cı illər) üç dəfə olimpiya çempionu olan Dreyev 1997 və 2005-ci illərdə komandalar arasında dünya çempionatının qalibi adını qazanıb.


Əslən Bakıdan olan İsrail şahmatçısı Emil Sutovski və Azər Mirzəyev müvafiq olaraq kişi şahmatçılardan ibarət ikinci və üçüncü komandalara kapitan təyin olunub.

Qadınların əsas komandasına Fikrət Sideifzadə rəhbərlik edəcək. Sərxan Quliyevlə Rəsul İbrahimov ikinci və üçüncü yığmalarda çalışacaq.

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, hazırda əsas yığma komandalar Qəbələdə son hazırlıq mərhələsində iştirak edir.

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR