Rusiya Azərbaycanla sərhəddə irimiqyaslı təlimlərə başlayıb

Rusiya Azərbaycanla sərhəddə irimiqyaslı təlimlərə başlayıb
# 05 sentyabr 2016 11:16 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Silahlı Qüvvələri sentyabrın 5-də Cənub Hərbi Dairəsinin ərazisində irimiqyaslı təlimlərə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, "Qafqaz-2016" adlı strateji komanda-qərargah təlimi sentyabrın 10-a kimi davam edəcək.

Təlimlər Cənub Hərbi Dairəsinin ərazisində yerləşən poliqonlarda, Qara dəniz və Xəzər dənizinin akvatoriyasında keçiriləcək.

Quru Qoşunları, Hava-Kosmik Qüvvələri, Hərbi-Dəniz Donanması, Hava Desant Qüvvələrinin cəlb olunduğu təlimlərdə Silahlı Qüvvələrin döyüş hazırlığı yoxlanılacaq.

Təlimlərdə ümumilikdə 12,5 minə yaxın hərbçi, aviasiya, döyüş texnikası və hərbi gəmi iştirak edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR