Azad Rəhimov BƏƏ Şahmat Federasiyasının rəsmisi ilə görüşüb

Azad Rəhimov BƏƏ Şahmat Federasiyasının rəsmisi ilə görüşüb
# 08 sentyabr 2016 07:30 (UTC +04:00)

Bakı – APA. Gənclər və idman naziri Azad Rəhimov “Bakı Kristal Zal”da Birləşmiş Ərəb Əmirliklərinin Şahmat Federasiyasının rəsmisi Rəşid Musabah Bin Keşaişlə görüşüb. Apasport.az saytının məlumatına görə, 42-ci Ümumdünya Şahmat Olimpiadası haqda danışan qonaq turnirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

Həm qonaqlar, həm də iştirakçılar üçün lazımi şəraitin yaradıldığını bildirən Rəşid Musabah Bin Keşaiş Bakıda olmaqdan məmnun olduğunu söyləyib.

Qeyd edək ki, sentyabrın 11-də Bakıda FİDE-nin Baş Assambleyasının növbəti iclası öz işinə başlayacaq. Tədbirdə dünyanın 183 ölkəsinin şahmat federasiyalarının rəsmi nümayəndələri iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR