Azərbaycanın sülhməramlı əməliyyatlarda fəaliyyəti yüksək qiymətləndirilib

Azərbaycanın sülhməramlı əməliyyatlarda fəaliyyəti yüksək qiymətləndirilib
# 08 sentyabr 2016 13:25 (UTC +04:00)

Bakı-APA. Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülhməramlı Əməliyyatları mövzusunda Müdafiə nazirlərinin Londonda davam edən tədbiri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 8-də Lordlar Palatasında Müdafiə üzrə dövlət naziri, Lordlar Palatasının sədr müavini Örl Hou ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, görüşdə Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, eləcə də Əfqanıstanda həyata keçirilən missiyada iştirakı yüksək qiymətləndirilib, BMT-nin sülhməramlı fəaliyyətinin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb, ölkəmizin bu fəaliyyətdəki perspektivləri və iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR