Bakı-APA. Azərbaycanın atletika yığmasının üzvü Yelena Çebanu Rioda keçirilən XV Yay Paralimpiya oyunlarında yarımfinala vəsiqə qazanıb.
APA-nın məlumatına görə, Y.Çebanu 200 m məsafəni 24,16 saniyəyə qət edərək ½ yüksəlib. Yarışlar bu gün davam edəcək.
Bundan əvvəl idmançımız Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda gümüş medal qazanıb.