Rio-2016: Azərbaycan atleti Paralimpiya Oyunlarında bürünc medal qazanıb

<span style="color: red;">Rio-2016:  Azərbaycan atleti Paralimpiya Oyunlarında bürünc medal qazanıb
# 12 sentyabr 2016 20:06 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın atletika yığmasının üzvü Yelena Çebanu XV Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

APA-nın məlumatına görə, qaçış yarışlarının finalında 200 m məsafəni 23,80 saniyəyə qət edən Y.Çebanu üçüncü yerə sahib olub.

Bundan əvvəl idmançımız Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda gümüş medal qazanmışdı.

Hazırda Azərbaycan yığmasının hesabında 6 medal var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR