Mülki Müdafiə Qoşunlarının əsgəri Bakı birinciliyində 3-cü olub

Mülki Müdafiə Qoşunlarının əsgəri Bakı birinciliyində 3-cü olub
# 19 sentyabr 2016 15:51 (UTC +04:00)

Bakı - APA. Sərhədçi Olimpiya Kompleksində 23 yaşadək gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubundan APA-ya verilən məlumata görə, sentyabrın 7-18-də keçirilən çempionatda 23 komanda olmaqla, 208 idmançı mübarizə aparıb.

Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunu təmsil edən Mülki Müdafiə Qoşunlarının əsgəri Nəriman Baxşıyev 85 kq çəki dərəcəsində 3-cü yerə çıxıb.

Çempionatın baş katibi Mamed Xudiyev, FHN-in təmsilçisinin məşqçiləri isə Taleh Sadıqov və Rasim Babayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR