Türkiyəli nazir:"İki ölkənin turizm əlaqələrindən böyük gözləntilərimiz var"

Türkiyəli nazir:"İki ölkənin turizm əlaqələrindən böyük gözləntilərimiz var"
# 27 sentyabr 2016 14:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Son illərdə Azərbaycanda turizm sahəsində böyük irəliləyiş əldə olunub”.

APA-nın məlumatına görə, bunu “Multikultural cəmiyyət və turizm” mövzusunda keçirilən dəyirmi masada Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı deyib.

Nazir bildirib ki, Türkiyə və Azərbaycan bölgədə sülhə hər zaman dəstək verib və bu, davam edəcək: “Biz bir millət, iki dövlət olaraq hər zaman bir yerdə olmuşuq. Bu siyasət davam etdiriləcək. Əminliklə deyə bilərəm, iki ölkə arasında turizm sahəsində ciddi əməkdaşlıq perspektivləri var. Gələcəkdə turizm əlaqələrindən böyük gözləntilərimiz var. İnanıram ki, növbəti illərdə Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana səfər edən turistlərin sayı artacaq, qarşılıqlı əməkdaşlıq davam edəcək. Eyni zamanda, qeyd edim ki, gələcəkdə Azərbaycan və Türkiyə digər ölkələrdə turizm potensialının tanıdılması üçün birgə tədbirlər görəcək. Biz bütün sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlığa hər zaman hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR