Yunus Əmrə İnstitutu “Tanpınarı kəşf edirəm” adlı esse yarışması elan edib

Yunus Əmrə İnstitutu “Tanpınarı kəşf edirəm” adlı esse yarışması elan edib
# 28 sentyabr 2016 11:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Yunus Əmrə İnstitutu “Tanpınarı kəşf edirəm” adlı esse yarışması elan edib.

İnstitutdan APA-ya verilən məlumata görə, müsabiqə Türkiyənin məşhur yazıçısı Əhməd Hamdi Tanpınar yaradıcılığını Azərbaycan oxucusuna daha yaxından tanıtmaq məqsədi ilə həyata keçirilir.

Yarışmaya Tanpınarın yaradıcılığı haqda 7000 işarədən başlayıb, 10000 işarədən artıq olmayan esselər qəbul olunacaq.

İştirakçılardan tərcümeyi-hal, e-mail ünvanı, əlaqə nömrəsi tələb olunur. Yarışmada iştirak üçün yaş məhdudiyyəti yoxdur. Müəlliflər yazıları noyabrın 15-dək təqdim edə bilərlər. Müsabiqədə yarışan esselər Türkiyənin və Azərbaycanın tanınmış yazıçıları tərəfindən dəyərləndiriləcək.

Yarışmanın nəticələri dekabrın 15-də Bakı Dövlət Universitetində keçiriləcək konfransda elan olunacaq. İnstitut esseləri qalib elan olunacaq 5 müəllif üçün mükafat olaraq Türkiyənin 5 şəhərinə 5 günlük səyahət paketi təsis edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR