Xalq şairi Qabilin xatirə tədbiri keçiriləcək

Xalq şairi Qabilin xatirə tədbiri keçiriləcək
# 29 sentyabr 2016 08:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Qabilin anadan olmasının 90 illiyi münasibətilə xatirə tədbiri keçiriləcək.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xatirə gecəsində şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək. Şairin yaxınları, poeziya dostları onun haqqında xatirələrini bölüşəcək.

Tədbirdə şairin həyat və yaradıcılığını əks etdirən sərgi açılacaq, konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, Qabil İmamverdiyev 1926-cı il avqustun 12-də Bakıda anadan olub.

Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olub. 1975-1979-cu illərdə “Azərbaycan jurnalı” redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində çalışıb.

"Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunub.

Qabil 2007-ci il aprelin 4-də Bakıda vəfat edib. Məzarı I Fəxri Xiyabandadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR