Türkiyə şirkəti ilə Azərbaycan Ordusu üçün 100 min cüt hərbi çəkmənin alınmasına dair danışıqlar aparılır

Türkiyə şirkəti ilə Azərbaycan Ordusu üçün 100 min cüt hərbi çəkmənin alınmasına dair danışıqlar aparılır
# 29 sentyabr 2016 12:42 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Türkiyənin “Yakupoğlu Dəri Sənaye” (YDS) şirkətindən Azərbaycan Silahlı Qüvvələri üçün 100 min cüt hərbi çəkmənin alınmasına dair danışıqlar aparılır.

Bu barədə APA-ya YDS şirkətinin regional meneceri Sultan Yıldırım məlumat verib. Onun sözlərinə görə, YDS şirkəti müvafiq təklifini Azərbaycan Silahlı Qüvvələrinə verib: “Biz təklifimizi vermişik, cavab gözləyirik”.

Bir neçə il öncə Azərbaycan Silahlı Qüvvələrini hərbi çəkmələrlə təmin etdiklərini xatırladan S. Yıldırım bildirib ki, YDS şirkəti bu sahədə İngiltərə başda olmaqla, dünyanın 45 ölkəsi ilə əməkdaşlıq edir.

“Məhsullarımız hazırlanan zaman qabaqcıl texnologiyalardan istifadə olunur. Bizim çəkmələr əsgərlərini ayağını döymür. Laboratoriyalarda çəkmələrin su keçirilməsi yoxlanılır. Məsələn, başqa şirkətlərin istehsal etdiyi çəkmələr 6 ay müddətinə dayanıqlı olursa, bizim məhsullar 1 il müddətinə tab gətirir” – deyə şirkət nümayəndəsi qeyd edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR