Prezident İlham Əliyev: “Bu il idmançılarımız bizi çox sevindirib”

Prezident İlham Əliyev: “Bu il idmançılarımız bizi çox sevindirib”
# 07 oktyabr 2016 15:27 (UTC +04:00)

Bakı-APA. “Bu il idmançılarımız da bizi çox sevindirib”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan komandası Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanıb: “Medalların sayına görə dünya miqyasında 14-cü, Avropada 7-ci, postsovet məkanında Rusiyadan sonra ikinci, müsəlman aləmində isə birinci yerdəyik. Bax, bu rəqəmləri şərh etməyə heç bir ehtiyac yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR