AMEA-da səfəvişünas alim Oqtay Əfəndiyevin 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

AMEA-da səfəvişünas alim Oqtay Əfəndiyevin 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib
# 12 oktyabr 2016 11:04 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün AMEA-da görkəmli səfəvişünas alim, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

APA-nın xəbərinə görə, tədbir AMEA Tarix İnstitutunun təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, O. Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” əsəri Azərbaycan tarixinə verilmiş ən böyük töhfədir: “Bu əsər səmada şimşək effekti verdi. Oqtay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” əsərini yazmaqla, orta əsrlər tariximizin araşdırılmasına təkan verdi, bu əsərlə Azərbaycan tarixinə öz möhürünü vurub. Oqtay Əfəndiyevin araşdırmaları bu gün də aktualdır”.



AMEA-nın müxbir üzvü Nərgiz Axundova isə bildirib ki, O. Əfəndiyev səfəvişünaslıqda böyük iz qoyub: “Bu gün onun əsərlərinə istinadlar var”.


Sonra Tarix İnstitutunun direktor müavini, dosent Tofiq Nəcəfli, professor Şahin Fazil, tarix üzrə elmlər doktoru Xeyirbəy Qasımov və başqaları çıxış ediblər.


Qeyd edək ki, O. Əfəndiyev 87 yaşında 2013-cü il fevralın 27-də vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR