Bakıda Ukraynanın turizm potensialı barədə təqdimat keçirilib

Bakıda Ukraynanın turizm potensialı barədə təqdimat keçirilib
# 20 oktyabr 2016 11:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ukraynanın turizm sahəsi üzrə nümayəndə heyəti Azərbaycanda səfərdədir.

APA-nın məlumatına görə, səfərin məqsədi Ukraynanın turizm potensialının və bu ölkədə keçiriləcək beynəlxalq tədbirlərə bağlı infrastrukturun təqdimatıdır.

”Ukraynanı kəşf et” layihəsinin koordinatoru, Ukrayna Turizmin İnkişafı Assosiasiyasının nümayəndəsi Mariya Xariton ölkəsinin turizm potensialı barədə çıxış edib və təqdim olunan istirahət imkanları barədə danışıb.

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ölkəsinin çətin vaxtlarında belə infrastrukturun və iqtisadiyyatın inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Ukraynada baş verən hadisələrə baxmayaraq, insanların özlərini təhlükəsiz hiss etmələri üçün işlər aparılır.

Daha sonra gələn il Ukraynada keçiriləcək “Eurovision” müsabiqəsi, “Vyana balı” və 2018-ci ildə keçiriləcək UEFA Çempionlar Liqasının final matçı kimi beynəlxalq tədbirlərdə turistlər üçün hansı imkanların təmin ediləcəyi barədə danışılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR