Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 25 illiyi münasibətilə veloyürüş keçirilib

Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 25 illiyi münasibətilə veloyürüş keçirilib
# 23 oktyabr 2016 12:06 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümü münasibətilə Bakıda veloyürüş keçirilib.

APA-nın məlumatına görə, 200-dən çox peşəkar və həvəskar velosipedçinin iştirak etdiyi veloyürüş Dövlət Bayrağı Meydanından start götürüb, Heydər Əliyev Mərkəzinin binasının qarşısında başa çatıb.

Qeyd edək ki, “İrəli” İctimai Birliyi veloyürüşü Azərbaycan Velosiped İdmanı Federasiyasının, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilati dəstəyi ilə keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR