Monreal Beynəlxalq Turizm və Səyahət sərgisində Azərbaycan pavilyonu təşkil edilib

Monreal Beynəlxalq Turizm və Səyahət sərgisində Azərbaycan pavilyonu təşkil edilib
# 25 oktyabr 2016 03:21 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Kanadadakı səfirliyi, Kvebek Azərbaycanlıları dəstəyi ilə oktyabrın 21-23-dək Monreal Beynəlxalq Turizm və Səyahət Sərgisində Azərbaycan pavilyonu təşkil edilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, Monreal Beynəlxalq Turizm və Səyahət sərgisi Kanadada bu sahədə keçirilən ən böyük tədbirlərdən biridir və hər il 33 minə yaxın adam sözügedən sərgidə iştirak edir.

Sərgi çərçivəsində Monreal və bu şəhərin qonaqları Azərbaycanın turizm imkanları barədə ətraflı məlumatlandırılıb, onlara ölkəmizin tarixi, təbiəti, mətbəxi, arxitektura abidələri və s. barədə təşviqat xarakterli materiallar paylanılıb. Sərgi zamanı kanadalılar Azərbaycana böyük maraq göstərmiş və ümumən 1000-ə yaxın təşviqat materialı sərgi iştirakçıları arasında yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR