Cəlil Məmmədquluzadə haqqında xatirələr ABŞ-da nəşr edilib

Cəlil Məmmədquluzadə haqqında xatirələr ABŞ-da nəşr edilib
# 25 oktyabr 2016 13:49 (UTC +04:00)

Bakı-APA. Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə haqqında həyat yoldaşı Həmidə xanım Cavanşirin yazdığı xatirələr ABŞ-da çap olunub.

APA-nın xəbərinə görə, xatirələri ingilis dilinə azərbaycanlı tədqiqatçı Həsən Cavadi və ABŞ alimi Vilem Floor tərcümə ediblər. Kitab “Vaşiqton DC” nəşriyyatında çapdan çıxıb.

“1907-1931-ci illərdə Qafqazda və İranda nəşr olunan satirik “Molla Nəsrəddin” jurnalının redaktorunun həyat və yaradıcılığı haqqında müsəlman qadının xatirələri” adlı kitabda Cəlil Məmmədquluzadənin həyatını əks etdirən fotolar, “Molla Nəsrəddin” jurnalının illüstrasiyaları öz əksini tapıb. Kitabda əsərin müəllifi Həmidə xanım Cavanşirin həyat və yaradıcılığı barədə də məlumat verilib.

Həsən Cavadi kitabın bir nüsxəsini hədiyyə olaraq AMEA Məmməd Füzuli adına Əlyazmalar İnstitutuna göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR