Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin say həddi müəyyənləşib

Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin say həddi müəyyənləşib
# 28 oktyabr 2016 16:53 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin say həddi müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” prezidentin 2006-cı il 18 aprel tarixli 393 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin say həddi 379 ştat vahidi olmaqla, nazirliyin aparatı üzrə 160 ştat vahidi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələri üzrə 219 ştat vahidi müəyyən edilib.

Qeyd edək ki, prezidentin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2016-cı il 29 mart tarixli 1932 nömrəli sərəncamına əsasən Bakı, Gəncə, Sumqayıt şəhər mədəniyyət və turizm idarələrinin, rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin əsasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələri yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR