Yığmamız Avropa çempionatına 9 cüdoçu ilə yollanır

Yığmamız Avropa çempionatına 9 cüdoçu ilə yollanır
# 03 noyabr 2016 11:29 (UTC +04:00)

Noyabrın 11-də İsrailin paytaxtı Tel-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışa Azərbaycan yığması da qatılacaq.

Məşqçilər Korpusu İsraildə Mehman Sadıqov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Telman Vəliyev (66 kq), Hidayət Heydərov, Fəqan Quluzadə (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Firudin Dadaşov, Vasif Sərbətli (hər ikisi 90 kq) və Cəlil Şükürovu sınamağı qərara alıb.

Çempionatda 40 ölkədən 341 cüdoçunun iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR