Bakıda İndoneziya Mədəniyyət Festivalı keçiriləcək

Bakıda İndoneziya Mədəniyyət Festivalı keçiriləcək
# 04 noyabr 2016 15:28 (UTC +04:00)

Bakıda ilk İndoneziya Mədəniyyət Festivalı keçiriləcək.

İndoneziyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, festival noyabrın 19-20-də təşkil ediləcək. Tədbirdə İndoneziya mədəniyyətinin müxtəlifliyi nümayiş olunacaq. Festivalda İndoneziyanın müxtəlif bölgələrindən gələn musiqi qrupları tərəfindən rəqs və musiqilər ifa ediləcək.

Festival Muğam Mərkəzində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR