Azərbaycanın şahmat klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Azərbaycanın şahmat klubu Avropa Kubokuna qələbə ilə başlayıb
# 06 noyabr 2016 20:07 (UTC +04:00)

Bu gün Serbiyanın Novi Sad şəhərində şahmat üzrə klublar arasında Avropa Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, yarışda kişi və qadın komandaları ilə iştirak edən “Odlar Yurdu” klubu da ilk oyunlarını keçirib.

Kişilərdən ibarət komandamız Lüksemburq təmsilçisi “The Smashing Pawns Bieles” üzərində qələbəyə sevinib. Rauf Məmmədov, Teymur Rəcəbov, Qədir Hüseynov, Arkadi Naydiç, Eltac Səfərli və Nicat Abbasovdan ibarət komandamız 6:0 hesablı tam qələbəyə sevinib.

Qadınlardan ibarət komandamız isə İsrail təmsilçisi “Rishon The Lion”la üz-üzə gəlir. Hazırda davam edən oyunda komandamız qələbəni təmin edib. Belə ki, birinci masada Günay Məmmədzadə rəqibi ilə heç-heçəyə razılaşsa da, Gülnar Məmmədova və Nərmin Kazımovanın qələbələri sonuncu oyunu formallığa çevirib.

Klublar arasında Avropa Kuboku

I tur

Kişilər

“The Smashing Pawns Bieles” (Lüksemburq) – “Odlar Yurdu” – 0:6

1. Rik Frişman – Rauf Məmmədov – 0:1

2. Simon Kommerson – Teymur Rəcəbov – 0:1

3. Akim Vild – Qədir Hüseynov – 0:1

4. Kristian Yetz – Arkadi Naydiç – 0:1

5. Flip Linster – Eltac Səfərli – 0:1

6. Robert Jake – Nicat Abbasov – 0:1

Qadınlar

“Odlar Yurdu” – “Rishon the Lion” (İsrail) – 2.5:0.5

1. Günay Məmmədzadə - Maksim Yefriomski – 0.5:0.5

2. Məmmədova Gülnar – Miçal Lahav – 1:0

3. Kazımov Nərmin – Maka Mdivani – 1:0

4. Aydan Höccətova – Adi Federovski

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR