Bakı-2017: Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başlayıb

Bakı-2017: Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başlayıb
# 08 noyabr 2016 08:17 (UTC +04:00)

Bu gün “Boulevard” oteldə 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru, nazir Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, İHİF-in baş katibi Faisal Abdulaziz Al-Nassar, İHİF-in 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edirlər.


İki gün davam edəcək iclasın ilk günü yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər mövzular müzakirə ediləcək.

Koordinasiya komissiyasının ilk günü saat 16.00-da media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

Koordinasiya komissiyasının 2-ci günü isə müzakirə mərkəzində olacaq mövzular idmançıların iştirakı, idman yarışları, marketinq, yayım, kommersiya məsələləri, açılış və bağlanış mərasimləridi.

Qeyd edək ki, Koordinasiya Komissiyasının 3-cü iclası İslam Oyunlarına 1 il qalmış, 12 may tarixdə baş tutmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR