Erməni yazıçı: “Kitabımın təqdimatını Bakıda keçirmək istəyirəm”

Erməni yazıçı: “Kitabımın təqdimatını Bakıda keçirmək istəyirəm”
# 09 noyabr 2016 12:52 (UTC +04:00)

"Mən ermənilərlə azərbaycanlıların münasibətlərinə dair kitab yazıram, tamamlamaq üzrəyəm. Kitab yaxın vaxtlarda dərc olunacaq".



APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" adlı beynəlxalq konfransın iştirakçısı, erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan bildirib.


V. Avetyan deyib ki, bu kitabın təqdimatının Bakıda keçirilməsini nəzərdə tutub: "Bu kitabın satışından əldə ediləcək vəsait azərbaycanlı və erməni qaçqınlara yardıma sərf olunacaq".


Erməni yazıçı hər bir ölkə kimi beynəlxalq hüquqa əsasən Azərbaycanın da ərazi bütövlüyünə hörmətlə yanaşılmalı olduğunu vurğulayıb: "Mən normal şərait yaranan zaman Ermənistana qayıdaraq prezidentliyə namizədliyimi irəli sürmək niyyətindəyəm. Əgər növbəti prezident seçkilərində iştirak etməsəm, deməli, Serj Sarkisyan rejimi yaşayır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR