İslam Həmrəyliyi Oyunları zamanı xüsusi mədəniyyət proqramının hazırlanması planlaşdırılır

İslam Həmrəyliyi Oyunları zamanı xüsusi mədəniyyət proqramının hazırlanması planlaşdırılır
# 10 noyabr 2016 14:29 (UTC +04:00)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (İRCİCA) baş direktoru Halit Ereni qəbul edib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazir "Qarabağ: tarix və irs" mövzusunda beynəlxalq elmi kKonfransın təşkilinə və iştiraka görə qonağa təşəkkürünü bildirərək tədbirin Qarabağ irsinin dünyada tanıdılması baxımından əhəmiyyətini vurğulayıb. Eyni zamanda, gələcəkdə də belə tədbirlərin keçirilməsində birgə əməkdaşlığı yüksək qiymətləndirib.

İRCİCA-nın baş direktoru Halit Eren növbəti ildə təşkilatın baş qərargahında Qarabağ irsinin təbliği ilə bağlı tədbirlərin keçirilməsini və alimlərin iştirakı ilə elmi müzakirələrin aparılmasını təklif edib. Nazir 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına qonağı dəvət edərək bildirib ki, oyunlar zamanı Bakıda xüsusi mədəniyyət proqramının da hazırlanması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR