Azərbaycan Yazıçılar Birliyi və Yunus Əmrə İnstitutu arasında Memorandum imzalanıb

Azərbaycan Yazıçılar Birliyi və Yunus Əmrə İnstitutu arasında Memorandum imzalanıb
# 10 noyabr 2016 15:00 (UTC +04:00)

Azərbaycan Yazıçılar Birliyində (AYB) Yunus Əmrə İnstitutu ilə Memorandum imzalanıb. Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Yunus Əmrə İnstitunun müdiri İbrahim Yıldırım Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara Yunus Əmrə İnstitunun həyata keçirəcəyi yeni layihələrlə bağlı geniş məlumat verib.

AYB sədri iki ölkə arasında ədəbi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi üçün birgə fəaliyyətin, geniş əməkdaşlığın vacibliyini vurğulayıb.

Birliyinin mətbuat xidmətinin və aybKitab layihəsinin rəhbəri Xəyal Rza Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq və nəzərdə tutulan birgə layihələrlə bağlı məlumat verərək qeyd edib ki, bir çox layihələrlə yanaşı aybKitab layihəsinin inkişafı üçün də geniş əməkdaşlıq nəzərdə tutulub.

Çağdaş Azərbaycan ədəbiyyatının təbliğ olunması, kitaba olan marağın artırılması, gənc müəlliflərin imza günlərinin təşkil edilməsi istiqamətində görüləcək işlər Memorandumda öz əksini tapıb.

Memoranduma əsasən Azərbaycan Yazıçılar Birliyinin orqanları - ayb.az, aybkitab.az saytları da Yunus Əmrə İnstitutu ilə əməkdaşlığı genişləndirəcək, qarşılıqlı layihələr həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR