Məhkəmə Patrik Hikki ilə bağlı yeni qərar qəbul edib

Məhkəmə Patrik Hikki ilə bağlı yeni qərar qəbul edib
# 17 noyabr 2016 07:32 (UTC +04:00)

Avropa Olimpiya Komitəsinin sabiq prezidenti Patrik Hikkiyə Braziliyanı tərk etməyə icazə verilib. Apasport.az saytının məlumatına görə, məhkəmə 71 yaşlı irlandiyalının vətəninə yollanması barədə qərar qəbul edib. Lakin Hikki bunun üçün 435 min avro civarında girov qoymalıdı.

Qeyd edək ki, Hikki Rioda keçirilən Yay Olimpiya Oyunları zamanı qanunsuz bilet satışı ilə bağlı həbs edilmişdi. Ötən ay isə məlum olub ki, onun ürəyində əməliyyat olunmalıdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR