Dünya Xəbər Agentliklərinin Konqresinin bəyannaməsi qəbul edilib

Dünya Xəbər Agentliklərinin Konqresinin bəyannaməsi qəbul edilib
# 17 noyabr 2016 10:42 (UTC +04:00)

Bu gün Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində bəyannamə qəbul edilib.

APA-nın məlumatına görə, bəyannamədə qeyd edilib ki, rəqəmsal erada müstəqil və qərəzsiz xəbərlər verilməli, jurnalistlərin təhlükəsizliyi təmin olunmalıdır.

Bəyanatda vurğulanıb ki, informasiya cəmiyyətində universal dəyərlərə, qanunun aliliyinə, irqi və etnik müxtəlifliyə hörmət media fəaliyyətində başlıca şərtdir: "Hamını plagiatlığa qarşı mübarizəyə səsləyirik. Qərəzli məlumatların qarşısının alınmasında hamının səylərini birləşdirməyə çağırırıq".

Bəyannamədə Konqresin növbəti iclasının 2017-ci ildə Bolqarıstanın Sofiya şəhərində keçiriləcəyi əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR