Taekvondoçumuz dünya birinciliyində gümüş medal qazanıb

Taekvondoçumuz dünya birinciliyində gümüş medal qazanıb
# 18 noyabr 2016 10:47 (UTC +04:00)

Kanadanın Burnabı şəhərində gənc taekvondoçular arasında dünya birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması yarışın ikinci günü daha bir medala yiyələnib.

Komandamızın aktivinə mükafatı Qaşım Maqomedov yazdırıb. 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz gümüş medala sahib olub.

Belə ki, Maqomedov ukraynalı Taras Malçenkonu (10:6), çinli Youhe Hunaqı (16:2), meksikalı Daniel Qonzales (0:0, aktivliyə görə), italiyalı Qabriel Kaulonu (8:7) və iranlı Əli Baserini (21:8) məğlub etməklə, finala yüksəlib. O, həlledici görüşdə Çan-Hu Yunqla (Cənubi Koreya) döyüşüb. Təəssüf ki, qarşılaşma həmyerlimiz üçün uğurlu alınmayıb. Qasım 0:12 hesabı ilə uduzaraq, ikinci yeri tutub.

İkinci gün dayan üzərinə çıxan Nərgiz Mirzəyeva (46 kq), Sevda Pirseyidova (49 kq) və Bəhruz Quluzadə (51 kq) isə startdaca mübarizəni dayandırıblar.

Qeyd edək ki, Maqomedovdan öncə Ayaz Qəmbərli (45 kq) gümüş medala sahib olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR