Xalq artisti  Nəriman Əzimov Gəncədə dəfn ediləcək

Xalq artisti  Nəriman Əzimov Gəncədə dəfn ediləcək
# 20 noyabr 2016 08:10 (UTC +04:00)

Xalq artisti, dirijor Nəriman Əzimov bu gün Gəncədə dəfn ediləcək.

Bu barədə APA-ya “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov məlumat verib.

R. Qasımov bildirib ki, N. Əzimov öz vəsiyyətinə uyğun olaraq anasının məzarının yanında torpağa tapşırılacaq. N. Əzimovla vida mərasimi bu gün saat 12.00-da Yeni Yasamal 1. ünvanındakı evində olacaq.

Sabah isə Gəncə Dövlət Flarmoniyasında mədəniyyət xadimləri mərhumla vidalaşacaqlar.

Qeyd edək ki, 80 yaşlı N.Əzimov uzun sürən xəstəlikdən sonra noyabrın 19-da vəfat edib. Prezident təqaüdçüsü olan N. Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR