Azərbaycan dünya çempionatında daha bir medal qazanıb

Azərbaycan dünya çempionatında daha bir medal qazanıb
# 21 noyabr 2016 07:49 (UTC +04:00)

Azərbaycan millisi ABŞ-ın Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində mübarizə aparan Mübariz Cəfərov bürünc mükafata sahib çıxıb.

Dünya çempionatında keçirdiyi 6 görüşdən yalnız birində uduzan Azərbaycan təmsilçisi 3-cü yer uğrunda qarşılaşmada Rusiya idmançısına qalib gəlib.

Qeyd edək ki, buna qədər Azərbaycan millisi veteranların çempionatında 2 qızıl medal qazanıb. Fərhad Rəcəbli və Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək, dünya çempionu olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR