Bakıda "RecExpo II" - Beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirilir

Bakıda "RecExpo II" - Beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirilir
# 22 noyabr 2016 08:36 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), "ElanExpo" və "Atılım Fuarcılık" şirkətlərinin birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində "RecExpo II" - Beynəlxalq daşınmaz əmlak və investisiya sərgisinin açılış mərasimi keçirilib.

"APA-Economics" xəbər verir ki, tədbirdə ƏMDK-nin sədri Kərəm Həsənov, xarici dövlətlərin Azərbaycandakı səfirləri, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edir.

Sərgidə Azərbaycan, Türkiyə, BƏƏ, Ukrayna, İspaniya, Portuqaliya, Macarıstan, Lüksemburq, Gürcüstan və Şimali Kipr Türk Respublikası kimi 11 müxtəlif ölkədən 100-ə qədər brend tikinti və inşaat layihələri sərgiyə qatılıb.

Sərgidə Azərbaycan daşınmaz əmlak sektorundan Gilan Holdinq, AAF park, AF Holdinq, Azinko, Xəyal Adası, və s. şirkətlər iştirak edir.

Türkiyənin əmlak sektorundan isə Emlak Konut GYO, Ağaoğlu, Gyoder, Onur İnşaat, Reality Port və s. şirkətlər sərgidə təmsil olunur.

K. Həsənov bildirib ki, sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır: “Sərginin əsas məqsədlərindən biri də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsidir. Eyni zamanda, özəlləşdirilmiş müəssisələrə investisiya yatırımları sayəsində onların fəaliyyətini tam potensialı ilə bərpa etməsi və gələcəkdə yeni iş yerlərinin yaradılmasına nail olunması da əsas məqsədlərdəndir. Sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR