Nazir müavini: “Azərbaycanda ekoloji cəhətdən xüsusi mühafizə olunan ərazilərin sahəsi artıb”

Nazir müavini: “Azərbaycanda ekoloji cəhətdən xüsusi mühafizə olunan ərazilərin sahəsi artıb”
# 24 noyabr 2016 08:56 (UTC +04:00)

“Azərbaycanda ekoloji cəhətdən xüsusi mühafizə olunan ərazilərin sahəsi artıb”.

APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

O qeyd edib ki, əgər müstəqilliyin ilk illərində Azərbaycanda xüsusi mühafizə olunan ərazilərin hissəsi 4,5 faiz idisə, bu gün həmin rəqəm 10,5-ə çatıb. “2000-ci ildə ölkədə bir milli park var idi. Hazırda isə ölkəmizdə 9 milli park var. Azərbaycan gələcək nəsillərə ölkə ərazisində 10,3 faiz xüsusi mühafizə olunan ərazini ötürəcək. Bu gün Avropada vəhşi təbiət qalmayıb. Əgər vəhşi təbiət görmək istəyirsinizsə, buyurun Azərbaycana gəlin”.

Nazir müavini həmçinin bildirib ki, bu günə qədər Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı 45 qanun layihəsi qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR