“Quş qripi”nə görə monitorinqə start veriləcək

“Quş qripi”nə görə monitorinqə start veriləcək
# 24 noyabr 2016 15:29 (UTC +04:00)

Noyabrın 28-də “quş qripi”nə görə növbəti monitorinqə start veriləcək. Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov məlumat verib.

O bildirib ki, monitorinq DBNX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.

A. Süleymanov qeyd edib ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR