Çexiya səfiri Tərcümə Mərkəzində olub

Çexiya səfiri Tərcümə Mərkəzində olub
# 25 noyabr 2016 14:51 (UTC +04:00)

Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzdən APA-ya verilən məlumata görə, görülən işlərdən, dil və tərcümə sahəsində aparılan islahatlardan danışan Mərkəzin direktoru Afaq Məsud qurumun Çexiya ədəbiyyatına da kifayət qədər yer ayırdığını, məşhur çexiyalı şair və yazıçıları Mixail Çernikin, Yaroslav Qaşekin, Karel Sisin, Milan Kunderanın əsərlərinin tərcümə edilərək, “Xəzər” dünya ədəbiyyatı jurnalında nəşr edildiyini bildirib. Direktor Mərkəzin yeni nəşrlərindən olan “Çexiya-Azərbaycan” lüğətini qonağa təqdim edib.

Mərkəzin ədəbiyyatlararası mübadilələr, milli ədəbiyyatın beynəlxalq aləmdə təbliği, eləcə də dil və tərcümə sahəsində gördüyü işləri yüksək dəyərləndirən səfir Çexiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsində ədəbiyyatın rolunu xüsusi qeyd edib.

Vitezslav Pivonka, həmçinin Azərbaycan ədəbiyyatının nümunələrindən ibarət topluların Çexiyada, Çexiya ədəbiyyatı nümunələrindən ibarət topluların Azərbaycanda tərcümə və nəşr edilməsi ilə bağlı təkliflərini irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR