Nazir: “Qədim tikililəri özəl sektora verməyə hazırıq”

Nazir: “Qədim tikililəri özəl sektora verməyə hazırıq”
# 30 noyabr 2016 10:09 (UTC +04:00)

“Ölkədəki bəzi tarixi abidələrin turizmin inkişafı üçün özəl sektora verilməsinə hazırıq. Buyursunlar, müraciət etsinlər. Biz, nazirlik olaraq, onlara istənilən köməkliyi etməyə hazırıq”.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Bərdəyə səfəri zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, bir çox qədim tikililərin bərpası üçün ciddi maliyyə vəsaitinə ehtiyac var: “Məsələn, Goranboyda qədim bir hamam var, hansısa iş adamı müraciət etsin, müqavilə ilə tikilini onun ixtiyarına verək. Amma əsas şərt odur ki, həmin abidənin qədimliyinə, memarlıq üslubuna, tarixi əhəmiyyətinə toxunmadan bərpa işləri aparılsın və turizm üçün istifadə edilsin. Bu sahədə iş qurmaq istəyən istənilən şəxs nazirliyə müraciət edə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR