Əbülfəs Qarayev Bərdədə vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Bərdədə vətəndaşları qəbul edib
# 30 noyabr 2016 10:28 (UTC +04:00)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bərdədə vətəndaşlarla görüşüb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbulda Mingəçevir, Yevlax şəhərləri, Ağcabədi, Bərdə, Goranboy, Tərtər, Ağdam, Xocalı və Laçın rayonlarından olan vətəndaşlar iştirak edib.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səslənib.

Qəbula gələn vətəndaşları dinləyən nazir ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib, vətəndaşların təşəbbüskarlığını yüksək dəyərləndirib.

Şöbədən bildiriblər ki, Ə. Qarayev ötən müddətdə yerlərdə 40-dan çox belə görüş keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR