İsveçrədə Azərbaycan caz axşamı təşkil olunub

İsveçrədə Azərbaycan caz axşamı təşkil olunub
# 30 noyabr 2016 11:35 (UTC +04:00)

Azərbaycan Respublikasının İsveçrədəki səfirliyi və Beynəlxalq Bern Caz Festivalının birgə təşkilatçılığı ilə Bern şəhərində Azərbaycanın tanınmış caz pianoçusu Əminə Fiqarovanın ifasında Azərbaycan caz axşamı təşkil edilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, yerli vaxtla axşam 19:30 və 21:30-da başlayan tədbirdə 2 müxtəlif caz konserti proqramını tamaşaçılara təqdim edən Ə. Fiqarovanın ifası alqışlarla müşayiət olunub.

Caz gecəsi zamanı tamaşaçılara Azərbaycan yeməklərindən və şərablarından ibarət xüsusi menyu təqdim edilib.

Bununla yanaşı, konsert zamanı Azərbaycan mədəniyyəti və turizm potensialını özündə əks etdirən kitab və broşürlər, “Gəncə 2016-Avropanın Gənclər Paytaxtı”na aid müxtəlif broşürlər və məlumatlar, o cümlədən musiqi diskləri tamaşaçılara təqdim olunub.

Əminə Fiqarovanın ifasında silsilə konsert proqramları 3 dekabr tarixinədək hər gecə 2 konsert olmaqla, Bern şəhərində, 6 dekabr tarixində isə Sürix şəhərində davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR