Azərbaycan V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunda təmsil olunur

Azərbaycan V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunda təmsil olunur
# 01 dekabr 2016 09:26 (UTC +04:00)

Azərbaycan V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunda təmsil olunur.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycanı forumda nazirin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Dekabrın 1-də görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illiyinə həsr olunmuş forumun rəsmi açılış mərasimi keçirilib.

Dekabrın 3-dək davam edəcək forum çərçivəsində plenar iclaslar, dəyirmi masalar və kino, teatr, musiqi, rəqs, kütləvi kommunikasiya kimi istiqamətlər üzrə master-klaslar keçirilməsi planlaşdırılır. Mədəni proqram çərçivəsində forum iştirakçılarının Ermitaj və Rus muzeyləri, Mariinski və Mixaylovski teatrları, Boris Eyfmanın Balet Teatrı ilə tanışlıq, S.Prokofyevin 125 illiyinə həsr olunmuş qala-konsert və digər tədbirlərdə iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, forumun ikinci günü Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyi arasında 2017-2019-cu illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Müqavilə imzalanması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR