Qazaxıstanın Türküstan şəhəri "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib

Qazaxıstanın Türküstan şəhəri "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib
# 01 dekabr 2016 14:14 (UTC +04:00)

Qazaxıstanın Türküstan şəhəri 2017-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Şəkidə keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısında "Türk dünyasının mədəniyyət paytaxtı" Türküstan şəhərinin seçildiyi elan olunub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsinin rəmzlərini Qazaxıstan nümayəndəsinə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR