Bakıda "CaspianAgro 2017" sərgisi keçiriləcək

Bakıda "CaspianAgro 2017" sərgisi keçiriləcək
# 02 dekabr 2016 08:24 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "CaspianAgro 2017" sərgisi İstanbulda keçirilən beynəlxalq təsərrüfat texnologiyaları, bağbanlıq və florist "Growtech Eurasia" sərgisində iştirak edir.

"APA-Economics" xəbər verir ki, "CaspianAgro 2017" stendi qarşıdakı Bakıda keçirilən sərgi barədə özündə tam ətraflı məlumatı daşıyır, həmçinin təşkilatçıların və sərgi haqqında maraqlanan şirkətlərin görüş məkanı olacaq. Beynəlxalq profilli sərgilərdə iştirak "CaspianAgro 2017" sərgisinin marketinq promo aksiyasının hissəsidir.

Xatırladaq ki, "CaspianAgro 2017" sərgisi 25-27 may tarixlərində Bakı Ekspo Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR