Mahmud Kaşğarlı beynəlxalq hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mahmud Kaşğarlı beynəlxalq hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 02 dekabr 2016 12:04 (UTC +04:00)

Azərbaycan Yazıçılar Birliyində Mahmud Kaşğarlı beynəlxalq hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid hekayə müsabiqəsinin artıq 4-cü dəfədir keçirildiyini bildirib. O deyib ki, qaydalara uyğun olaraq müsabiqədə türkdilli ölkələr üzrə qaliblər müəyyən edilir və beynəlxalq müsabiqəyə göndərilir. R. Məcid müsabiqə zamanı 30-dan artıq hekayənin təqdim olunduğunu və münsiflərin rəyi əsasında 3 qalibin müəyyənləşdirildiyini açıqlayıb.

Tədbirdə şair Əjdər Ol və yazıçı-dramaturq Əli Əmirli çıxış edib.

Müsabiqədə 1-ci yerə Təranə Vahidin “Mən toz dənəsiyəm”, 2-ci yerə Cavid Zeynallının “Düşərgəyə adam gəlib” və 3-cü yerə Rəşid Bərgüşadlının “Qara buludlar” hekayəsi layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR