İlahiyyatçı filosof Heydər Camal vəfat edib

İlahiyyatçı filosof Heydər Camal vəfat edib
# 05 dekabr 2016 06:42 (UTC +04:00)

İctimai xadim, Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı və filosof Heydər Camal vəfat edib.

APA-nın məlumatına görə, bu barədə onun sosial şəbəkələrdəki səhifələrində xəbər yerləşdirilib.

"Bazar günündən bazar ertəsinə keçən gecə Heydər Camal yer üzündəki yolunu başa vurdu. Qoy Allah onu cənnətinə qəbul eləsin. Biz hamının yalnız Ona qayıdacağıq", - deyə məlumatda bildirilir.

H. Camalın vəfatı haqqında digər təfərrüatlar yoxdur.

Heydər Camal 6 noyabr 1947-ci ildə Moskvada doğulub. Onun rəhbəri olduğu Rusiya İslam Komitəsi ötən əsrin 90-cı illərində yaranıb. H. Camal dəfələrlə birmənalı qəbul edilməyən bəyanatlarla çıxış edib. Bəzi çıxışlarında o, terrorçu-kamikadzelərin əməllərini dolayısı olaraq təqdir edib.

O, həmçinin 1990-1994-cü illərdə fəaliyyət göstərmiş İslam Dirçəliş Partiyasının yaradıcılarındandır.

Heydər Camal bir neçə kitabın müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR