Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Azərbaycan millisinin heyətində dəyişiklik edilib
# 06 dekabr 2016 09:54 (UTC +04:00)

Qadın taekvondoçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, ölkəmiz Bakıda keçiriləcək Qran-pri yarışlarının final mərhələsinə 3 idmançı ilə qatılmağa qərar verib.

Belə ki, həlledici döyüşlərdə Azərbaycanı Patimat Abakarova (49 kq), Yaprak Eriş (57 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcək. Halbuki, bir gün öncəyə kimi yarışda 1 idmançı ilə iştirak edəcəyimiz açıqlanmışdı. Abakarova və Əzizovanın zədə səbəbindən Qran-prini buraxacağı bildirilirdi.

Qeyd edək ki, dekabrın 9-10-da "Sərhədçi" Olimpiya İdman Mərkəzində baş tutacaq yarışda kişilərdən ibarət komandamızın şərəfini Roman Samodurov (58 kq), Ayxan Tağızadə (68 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsaev (+80 kq) qoruyacaq.

Turnirdə hər çəki dərəcəsi üzrə Ümumdünya Taekvondo Federasiyasının olimpiya reytinqində qərarlaşan ən güclü 16 idmançı mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR