Əbülfəs Qarayev: “Gürcüstanın turizm sahəsində əldə etdiyi təcrübə ilə tanış olmaq istəyirəm”

Əbülfəs Qarayev: “Gürcüstanın turizm sahəsində əldə etdiyi təcrübə ilə tanış olmaq istəyirəm”
# 08 dekabr 2016 08:42 (UTC +04:00)

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tiflisdə keçirilən “Yaradıcı Gürcüstan” Forumunda iştirak edir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Ə. Qarayev “Yaradıcı Gürcüstan” layihəsinin Gürcüstan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində həyata keçirildiyini qeyd edərək Azərbaycanda da son vaxtlar həm mədəniyyət, həm də turizm sahəsində Avropa İttifaqı ilə tvinninq proqramlarının reallaşdırıldığını söyləyib: “Bizim üçün həm Gürcüstanın təcrübəsini öyrənmək vacibdir, həm də Azərbaycanda gedən proseslər haqqında məlumat çatdırmaq və təcrübələrimizi bölüşmək əhəmiyyət kəsb edir”.

Nazir deyib ki, Gürcüstana bir günlük səfəri çərçivəsində Nəriman Nərimanovun ev muzeyinin bərpası prosesi, Tiflisdəki Heydər Əliyev adına Azərbaycan Dövlət Teatrının vəziyyəti ilə maraqlanacaq, M. F. Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində bəzi görüşlər keçirəcək: “Mən eyni zamanda istərdim ki, Gürcüstanın turizm sahəsində əldə etdiyi təcrübə ilə tanış olum. Bu, sözsüz ki, turizm sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə kömək edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR