Nigeriyada kilsənin damının uçması nəticəsində 60 nəfər ölüb

Nigeriyada kilsənin damının uçması nəticəsində 60 nəfər ölüb
# 11 dekabr 2016 02:26 (UTC +04:00)

Nigeriyanın Uyo şəhərində kilsənin damı dindarların üstünə uçub, nəticədə azı 60 nəfər ölüb.

APA-nın “Assoşieytrd Press”ə istinadən verdiyi xəbərə görə,

Məlumata görə, dekabrın 11-də məbəddə dini ayinin keçirilməsi planlaşdırılıbmış, lakin kilsənin tikintisində gecikmə baş verib. Bu səbəbdən fəhlələr tikinti qaydalarında ciddi nöqsanlara yol verərək işləri sürətləndiriblər.

İnsident baş verən an kilsədə yüzlərlə dindar olub. Dəmir konstruksiyalardan ibarət dam örtüyünün qalıqları altında ölənlərin sayının artacağı istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR