Qahirədə kopt kilsəsində partlayışda ölənlərin sayı 25 nəfərə çatıb - YENİLƏNİB

Qahirədə kopt kilsəsində partlayışda ölənlərin sayı 25 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 11 dekabr 2016 12:04 (UTC +04:00)

Bu gün Qahirənin Abbasiyə rayonunda kopt kilsəsində törədilən partlayışda ölənlərin sayı 25 nəfərə çatıb, 50 yaralı var.

APA-nın “Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, şahidlər partlayıcı qurğunu kilsəyə bir qadın tərəfindən gətirildiyini bildiriblər.

Qadın kilsədən çıxandan sonra partlayıcı qurğu məsafədən işə salınıb. Ölənlərin çoxu qadın və uşaqlardır.

***

saat 14.15

Bu gün Qahirənin Abbasiyə rayonunda kopt kilsəsində partlayış törədilib.

APA-nın Misir Dövlət Televiziyasına istinadən verdiyi məlumata görə, naməlum şəxs partlayıcı qurğunu kilsəyə atıb.

Partlayış nəticəsində ən azı 20 nəfər həlak olub, onlarla insan yaralanıb.

Qeyd edək ki, xristan koptlar Misir əhalisinin 10 faizini təşkil edir. Təkcə Qahirədə 163 kopt kilsəsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR