Mədəniyyət və turizm naziri Sabirabadda vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Sabirabadda vətəndaşları qəbul edib
# 16 dekabr 2016 10:24 (UTC +04:00)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabirabadda vətəndaşları qəbul edib

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ə. Qarayev Sabirabadda Şirvan şəhəri, Sabirabad, Hacıqabul, İmişli, Saatlı və Füzuli rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda vətəndaşların yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn bütün vətəndaşları dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Nazir jurnalistlərə açıqlamasında mədəniyyət abidələrinin qorunması və bərpası, muzey və qalereyalarda ekspozisiyaların yenilənməsi kimi müraciətlərin olduğunu deyib: “Artıq yerlərdə vətəndaşlar tərəfindən müasir texnologiyaların tətbiqi, musiqi məktəbləri üçün vahid not portalının yaradılması, kitabxanalara vizual kitab vəsaitlərinin verilməsi, regionlarda rəsm qalereyalarının yeni əsərlərlə təmin olunması kimi təkliflər ili sürülür. Eyni zamanda, Azıx mağarasında ermənilər tərəfindən qazıntı işlərinin aparılmasının qarşısının alınması üçün dünya ictimaiyyətinə həqiqətlərin çatdırılması və digər tarixi abidələrimizin bərpası kimi müraciətlər də diqqətəlayiqdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR