Turistləri cəlb etmək üçün ovlanması mümkün olan heyvanların siyahısı hazırlanacaq

Turistləri cəlb etmək üçün ovlanması mümkün olan heyvanların siyahısı hazırlanacaq
# 17 dekabr 2016 12:46 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ov mövsümünə aşağı turizm mövsümü dövründə icazələrin verilməsi üçün müvafiq araşdırmalar aparacaq və ovlanması mümkün olan heyvanların siyahısını tərtib edəcək.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb. Xəritədə göstərilir ki, turistləri cəlb etmək üçün bu heyvanların aşağı turizm mövsümü dövründə ovlanması təklif olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR