Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş tədbir keçirilib

Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş tədbir keçirilib
# 19 dekabr 2016 14:46 (UTC +04:00)

Rusiya paytaxtı Mossvada Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbiri Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondu və Azərbaycan Slavyan Gənclər Assosiasiyasını (ASGA) Rusiya nümayəndəliyi təşkil edib. Fondun sədri Şamil Tağıyev qurumun il ərzində gördüyü işlərdən danışıb.

ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdiyev tədbir iştirakçılarını təbrik edib.

Ukrayna Azərbaycanlıları Konqresinin prezidenti və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev də qatılıb.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR