Əsəd Cahangirin Elçinin yaradıcılığına həsr olunan kitabının təqdimatı keçirilib

Əsəd Cahangirin Elçinin yaradıcılığına həsr olunan kitabının təqdimatı keçirilib
# 21 dekabr 2016 12:55 (UTC +04:00)

Milli Kitabxanada tənqidçi Əsəd Cahangirin xalq yazıçısı Elçin haqqında məqalələrdən ibarət “On üçüncü gecə” kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid “On üçüncü gecə” kitabı haqqında tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, Əsəd Cahangirin kitabında publisistik dil elmi dillə vəhdət təşkil edir: “Elçinin romanları bizim nəslin yaddaşına yazılıb, düşüncələrimizin formalaşmasına xidmət edib. Elçinin yaradıcılığında gələcək həyatımıza işıq tutan məqamlar çoxdur. Əsəd Cahangir Elçinin yaradıcılığını istedadlı tənqidçi, peşəkar ədəbiyyatçı kimi tədqiq edib, onun əsərlərini özünəməxsus şəkildə təhlil edib”.

Professor Qəzənfər Paşayev isə kitabın məziyyətləri haqqında danışıb. O qeyd edib ki, “On üçüncü gecə” kitabı Elçinin yaradıcılığına həsr olunan ən sanballı nəşrlərdən biridir. Q. Paşayev bildirib ki, kitab xalq yazıçısı Elçinin yaradıcılığını konseptual şəkildə əhatə edir.

Yazıçı Aqil Abbas, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, rejissor Bəhram Osmanov, yazıçı Mustafa Çəmənli, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, şair Səlim Babullaoğlu, tənqidçi Bəsti Əlibəyli və başqaları kitabın bədii dəyərindən danışıb, onu Elçin yaradıcılığı haqqında yazılan sanballı nəşrlərdən biri kimi dəyərləndiriblər.

Tədbirdə "Xalq yazıçısı Elçin" adlı geniş kitab sərgisi açılıb.

Qeyd edək ki, “Təhsil” nəşriyyatı tərəfindən çap olunan kitabda müəllifin Elçin Əfəndiyevin yaradıcılığı haqqında yazdığı məqalələr toplanıb. Müxtəlif vaxtlarda dövrü mətbuatda dərc olunan, Elçinin ayrı-ayrı bədii əsərlərinə, məqalələrinə həsr olunan yazılardan ibarət yeni nəşr müəllifin dördüncü kitabıdır. İndiyə qədər onun “Qədim türk ədəbiyyatının linqvistik poetikası”, “Ağ saç, qara saç”, “Kim yatmış, kim oyaq” kitabları işıq üzü görüb.

“On üçüncü gecə” kitabının redaktoru yazıçı Mustafa Çəmənlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR